5 metr yarımlıq birma pitonundan çıxanlar görənləri şoka saldı – FOTObackend

5 metr yarımlıq birma pitonundan çıxanlar görənləri şoka saldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Floridanın Everqlades bataqlıqları bölgənin indiyə qədər gördüyü ən zərərli invaziv növlərdən biri olan Bruma pitonu tərəfindən işğal edilib. Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, telefon dirəyi boyda bədəni ilə 7-8 metr və hətta daha çox böyüyə bilən pitonun qarnından timsah çıxıb.

Ən böyüyü 9 metrə, çəkisi 100 kiloya çatan nəhəng piton Cənubi Floridanın Everqleyd bataqlıqlarını işğal edib.

Bir geoalimin sosial şəbəkədəki paylaşımı bu problemə diqqət çəksə də, istifadəçiləri dəhşətə gətirib.

Geoalim model sosial media hesabında 5 metr yarımlıq birma pitonundan bir yarım metrlik timsahın çıxarıldığı anın görüntülərini paylaşıb.

26 yaşlı Rozi Mur və bir qrup alim Floridadakı laboratoriyalarında canavarın mədəsindən yavaş-yavaş timsahı çıxararkən görülüb.

.