Əksər analitiklər Bitcoin-in qiymətinin 2018-ci ilin ortalarında 6000 dollara çatacağını proqnozlaşdırır. Uzun perspektivdə isə qiymət gözləntiləri daha iddialıdır.
Əksər analitiklər Bitcoin-in qiymətinin 2018-ci ilin ortalarında 6000 dollara çatacağını proqnozlaşdırır. Uzun perspektivdə isə qiymət gözləntiləri daha iddialıdır.
“Marja” xəbər verir ki, “FundStrat Global Advisor”un qurucularından Tom Li, Bitcoin-in qiymətinin 5 il ərzində 25.000 dollara çatacağı proqnozlaşdırır.
Li, “Business İnsider”a verdiyi açıqlamada, Bitcoin-in qızılın yerini alacağını iddia edir.
Li, gələcəkdə bütün işlərin rəqəmsal mühitdə aparılacağını və yeddi ildir “haklanmamış” olan şifrlənmiş kripto valyutaların belə bir şəraitdə çox qiymətli hala gələcəyini dilə gətirir.
“Şəxsi məlumatlarımız qızıl kimi qiymətlidirsə, Bitcoin də bizim üçün qızıldır, – deyən Li, “9 trilyon dollarlıq qızıl bazarı, müəyyən nəsillər üçün investisiya aləti oldu. Gələcək nəsillərin də Bitcoin-i investisiya aləti kimi görəcəyini düşünürük. Qızıl bazarının yalnız 5%-i qədər investisiya cəlb etsə, Bitcoin-in qiyməti 25.000 dollara qalxacaq”,- deyə bildirib.