backend

49 azərbaycanlının ölümündə onlar günahkardır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran parlamenti Abadlaşdırma Komissiyası Azərbaycanda baş verən sel fəlakəti ilə bağlı günahkarları müəyyən edib. 

İran parlamenti Abadlaşdırma Komissiyası Azərbaycanda baş verən sel fəlakəti ilə bağlı günahkarları müəyyən edib.

TİA.AZ xəbər verir ki, bu barədə informasiya komissiyanın hesabatında yer alıb. Hesabata əsasən, selin fəsadlar törətməsinin və faiəyə gətirib çıxarmasının səbəbkarları Energetika, Yol və Şəhərsalma, Kənd Təsərrüfatı və Daxili İşlər nazirlikləridir.

Hesabatda həmçinin sel fəlakətinin Azərbaycana vurduğu ziyan da müəyyən edilib. Şərqi Azərbaycan vilayətinə 4.393 və Qərbi Azərbaycan vilayətinə 4.180 milyard rial maddi ziyan dəyib.

Qeyd edək ki, aprelin 14-də Azərbaycanın bir neçə şəhərini sel basıb. Daşqınlar ən ağır formada özünü Azərşəhr, Əcəbşir, Marağada göstərib. Nəticədə 49 nəfər azərbaycanlı həyatını itirib.

Azərbaycanlılar selin insan tələfatına gətirib çıxarmasının səbəbi kimi müvafiq qurumların vaxtında tədbir görməməsini, həmçinin daşqın olan yol və körpüyə girişin anında bağlanmadığını əsas gətiriblər.