48 ildir işlədiyi universitetdə öldübackend

48 ildir işlədiyi universitetdə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Memarlıq və İnşaat Universitetinin əməkdaşı Aybəniz Kosayeva bu gün universitetdə vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, onun ürək çatışmazlığından dünyasını dəyişdiyi ehtimal olunur.

Məsələ ilə bağlı AzMİU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev saytımıza bildirib ki, bu gün səhər saatlarında Aybəniz Kosayeva işə gəlib və qəfil halı pisləşib:

“Universitetin tibb xidmətinin və çağırılan təcili tibbi yardım həkimlərinin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Aybəniz Kosayeva ürək çatışmazlığından əziyyət çəkirdi və bu xəstəliyə görə müalicə alırdı. Həkimlərin ilkin diaqnozuna görə onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir”.

Qeyd edək ki, A.Kosayevanın 72 yaşı olub. O, 1975-ci ildən Memarlıq və İnşaat Universitetində çalışırmış.