Bakıda məşhur marketdən yağ oğurlanıb.
Bakıda məşhur marketdən yağ oğurlanıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu, Salyan şossesində yerləşən “Favorit” marketdə baş verib.
Marketin rəhbəri Eşqin Əsədzadə polis orqanına müraciət edərək bildirib ki, oktyabrın 8-də saat 08:30 radələrində Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Ş.A marketdən 2 kiloqram yağ oğurlayarkən saxlanılıb. E.Əsədzadə qeyd edib ki, yağın qiyməti 34 manat olub.
Ş.A marketdən çıxarkən mühafizəçilər tərəfindən saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.
Araşdırma aparılır.
Qeyd edək ki, son günlər yağın qiymətinin süni bahalaşması mediada gündəmə gəlib.