Müasir dövrün ən seksual qadınından məsləhətlər
Müasir dövrün ən seksual qadınından məsləhətlər
Kim inanar ki, Cennifer Lopesin tezliklə 50 yaşı tamam olacaq? 47 yaşlı müğənni çox cavan görünür və ildən-ilə daha da gözəlləşir. Pərəstişkarları isə daim ulduzun əbədi gənclik sirrinin axtarışındadır. Yaşlaşdıqca Cey Lo gənclik çağından daha cəlbedici görünür və gözəllik rituallarının sayəsində zamanı adlada bilir.
TİA.AZ oxucuları ulduzun gənclik sirləri ilə tanış edir.
Düzgün həyat tərzi
Bir çox dünya ulduzları qazandıqları şöhrətdən başları gicəllənir və qeyri-sağlam həyat tərzi sürürlər. Onlardan fərqli olaraq 47 yaşlı Cey Lo düzgün həyat tərzinin qaydalarına əməl etməklə kifayətlənmir və onu təbliğ edir. Ulduzun gözəllik qaydalarına idman, sağlam qidalanma, alkoqol və əyləncə gecələrindən mümkün qədər uzaq durmaq daxildir. Pop divanın yaxınları da bir daha təsdiq edir ki, səs-küylü gecələrdə iştirak etməsinə baxmayaraq, müğənni siqaret çəkmir, nadir hallarda içki içir. Üstəlik, o, öz gündəlik rasionundan qəhvəni çoxdan çıxarıb:
“Mən içmirəm, çəkmirəm, qəhvədən də çoxdan imtina etmişəm. Bütün bunlar dərinin düşmənləri, qırışların və solğun dərinin əsas günahkarıdır”.
47 yaşlının gündəlik menyusuna nə şirniyyat, nə də qızardılmış yeməklər daxil deyil. Onun bütün yeməkləri ən təzə mövsümi məhsullardan hazırlanır: Brokkoli, kələm, qulançar, yaşıl tərəvəz, kiona və s. Bununla belə Lopes heç vaxt pəhriz saxlamır, o, gündəlik rasionunu diyetoloqla razılaşdırır. Cenniferin gündəlik menyusuna zülallar (çoxlu balıq və toyuq) və qəhvəyi düyü daxildir.
İdman
Cennifer Lopes saatlarla idmanla məşğul olduğunu sosial şəbəkələrdə nümayiş edtdirməyi xoşlayan tanınmışlardan deyil. Ən maraqlısı odur ki, müğənni bütün boş vaxtını trenajor zallarında keçirir, hətta gecə-gündüz orada yatır da deyə bilərik. Əks halda ulduzun 47 yaşında belə gözəl qalmasını, cəlbedici bədən quruluşunu və biçimli ayaqlarını nə ilə izah etmək olar? O, hər gün ən az bir saat idmanla məşğul olur, fitnes rasionu kardio, ağır məşqlər və pilatesdən ibarətdir. Cenifer həmçinin səhər yoqası və meditasiya ilə məşğul olmaq üçün də vaxt tapır. Sözsüz ki, rəqs saatlarını unutmaq olmaz. Rəqs Ceylo üçün sadəcə həyat tərzidir. Buradan belə nəticə çıxarmaq olar ki, tənbəl olmayan insan qocalmır. Bunun üçün o, bir çox üsullara əl atır. Ümumiyyətlə, onun rejimi üçün dəmir iradə tələb olunur.
Qulluq
47 yaşlı məşhur əmindir ki, idman və pəhriz möhkəm yuxu olmadan səmərəli olmayacaq. Diqqətlə planlaşdırılmış rejim təkcə iş məshuldarlığını və effektivliyini artırmır, həm də dərinin vəziyyətinə müsbət təsir göstərir. Gərgin qrafiki, kliplər, serial çəkilişləri, müxtəlif tədbirləri, üstəlik iki uşaq anası olmasına baxmayaraq, Cennifer yuxu rejiminin də qeydinə qalır.
Cey Lo gündə ən azı 1,5 litr su içməyə çalışır, həmçinin düzgün nəfəs texnikalarını tətbiq edir. Sevimli baxım məhsullarına tərkibi avokado və qızılgül yağı daxil olan gündəlik “Dr. Hauschka’s Rose Day Cream” kremi, koemetoloji proseduraları – kimyəvi pilinqi misal göstərmək olar.