Nəzarət-kassa aparatlarının satışı ilə məşğul olan “Billur Elm İstehsalat” MMC-nin yarım milyona yaxın vergi borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Vergi Xidməti 12 Saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən sözügedən şirkətdə yoxlama aparılıb.
Yoxlama nəticəsində MMC-nin DVX-ya 450.460,91 manat vergi borcunun olduğu məlum olub.
Qanuni təmsilçisi Bağırov Şahin Hüseyn oğlu olan “Billur Elm İstehsalat” şirkəti 12 Saylı Ərazi Vergilər Baş İdarəsi barəsində Gəncə İnzibati Məhkəməsinə şikayət verib.
İşə hakim Zəfər Quliyevin sədrliyi ilə baxılacaq.