Özlərini “müştəri yönümlü bir bank” adlandıran “Kapital bank” ölkədə ən çox şikayət olunan və müştərilərlə ən çox problem yaşayan, məhkəməyə verilən bankdır.
Tribunainfo.az-ın apardığı araşdırma zamanı məlum olub ki, bir ay ərzində məhkəmələrdə çəkişməsi olan bank “Kapital Bank”dır. Belə ki, qarşıdakı 30 gün ərzində “Kapital Bank” haqqında məhkəmələrə 450 müraciət daxil olub. Məhkəmə işləri arasında vətəndaşların mənzildən çıxarılması üçün qaldırılan iddialar da var.
Həmçinin social şəbəkələrin şikayət bank səhifələrində vətəndaşlar tərəfindən ən çox şikayət olunan bank da yenə “Kapital bank”dır. Bu qədər şikayət və narazılığın olmasına baxmayaraq yeni təyin edilmiş bank rəhbərliyinin özlərini yüştəri yönümlü bank adlandırması absurddur, peşəkar yanaşma deyil.