Dünya Təbiəti Mühafizə Fondu 59 alimin iştirakı ilə hesabat hazırlayıb.
Qaynarinfo xəbər verir ki, hesabatda insanların 1970-2014-cü illər ərzində dünyada mövcud olan heyvanların 60%-inin məhvinə səbəb olduğu bildirilir. Məhv olan canlıların siyahısında 4 min çox növ, suda-quruda yaşayanlar, sürünənlər, balıq, quş və məməlilər var.
Bir çox mütəxəssislər insanların 6-cı dəfə kütləvi məhvə səbəb olduğunu fikirləşir.
Bu günə qədər isə dünyadakı məməlilərin 83, bitkilərin isə 50%-inin məhvinə səbəb olmuşuq. Təbiətin özünü bərpa prosesi üçün azı 5-7 milyon il lazımdır.