400-ə yaxın MTK-nın tikinti obyektləri şəhərsalma qaydalarına uyğun deyil – RƏSMİ İTTİHAM

400-ə yaxın MTK-nın tikinti obyektləri şəhərsalma qaydalarına uyğun deyil – RƏSMİ İTTİHAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

400-ə yaxın MTK-nın apardığı tikinti obyektləri şəhərsalma qaydalarına uyğun deyil. ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.
Onun sözlərinə görə, obyektlərin siyahısı ilə FHN məşğuldur və bu qurum tərəfindən siyahı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunur: “Hazırda Komitə tərəfindən həm istismar, həm də tikinti icazələri verilir. Son bir neçə ayda 30-dan çox belə icazə verilib. 8 MTK üzrə qeyd olunan sənədlər imzalanıb və bu proses davam edir. Onu deyə bilərəm ki, əhalini narahat edən bu problemin vacibliyini nəzərə alaraq, bu işi müvafiq fərmanda nəzərdə tutulan müddətdən də tez bir müddətdə həyata keçirməyə çalışırıq. Bizim ilk 6 obyektin tikintisinə verdiyimiz icazələr demək olar ki, bir günə verilib. Çalışırıq ki, prosesi bu formatda davam etdirək”, – deyə D. Dövlətxanov bildirib.