Bəzi İcra Hakimiyyəti başçıları və başqa yüksək vəzifə tutan məmurların tərcümeyi-halında maraqlı məqamlardan biri onların ikinci və yaxud üçüncü ali təhsillərini gec almaları ilə bağlıdır.
Bəzi İcra Hakimiyyəti başçıları və başqa yüksək vəzifə tutan məmurların tərcümeyi-halında maraqlı məqamlardan biri onların ikinci və yaxud üçüncü ali təhsillərini gec almaları ilə bağlıdır.
TİA.AZ “Yeniavaz.com”a istinadən 40 yaşından sonra tələbə həyatı yaşamış məmurların adlarını təqdim edir:
Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin sədri
Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədovun 59 yaşı var. Məmmədov Saleh Ərşad oğlu 1958-ci ildə Azərbaycan Respublikasının Tərtər rayonunda anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini 1980-ci ildə bitirib.
Saleh Məmmədov ikinci ixtisasa isə 35 il sonra yiyələnib – 2015-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Bu zaman Saleh müəllimin 57 yaşı olub.
Astara Rayon İcra Hakimiyyətinin başçısı
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Arif oğlu Ağayev 1961-ci il noyabr ayının 2-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1990-cı ildə Azərbaycan Texnologiya İnstitutunu bitirib.
12 il sonra, yəni 2002-ci ildə isə Qəzənfər müəllim Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Həmin ildə Qəzənfər müəllimin 41 yaşı olub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Mikayıl oğlu Abıyev 1958-ci il yanvarın 15-də Masallı rayonunda anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat və planlaşdırma fakültəsini və Təfəkkür Universitetinin Hüquq fakültəsini bitirib. Tərcümeyi-halında Əhəd müəllimin Təfəkkür Universitetinə neçənci ildə daxil olması və bu ali təhsil ocağını bitirməsi barədə məlumat verilməyib. Ancaq Təfəkkür Universitetinin 1995-ci ildə yarandığını nəzərə alsaq, onda Ə.Abıyevin ikinci təhsilini başa vurarkən 40 yaşdan yuxarı olduğu bəlli olar.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev 10 avqust 1957-ci ildə Göygöl şəhərində anadan olub.
1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Sankt-Peterburq Milli Aviasiya Akademiyasını bitirib. Sonuncu ali təhsilini alarkən Vilyam müəllimin 37 yaşı olub.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Nəriman oğlu Əsgərov 1964-cü ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. 1989-cu ildə Moskva Ət və Süd Məhsulları Texnologiyası İnstitutunu, 17 il sonra, yəni 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib.