Qarabağdan könüllü olaraq köçən erməniləri Ermənistanda da duruş gətirə bilməyərək, başqa ölkələrə axın edirlər. Tribunainfo.az xəbər verir ki, indiyə qədər Ermənistanı tərk edərək, başqa ölkələrə yerləşən ermənilərin sayı 40 min nəfəri keçib.
Separatçıların nümayəndəsi Metaxe Akopyan “Hraparak”a açıqlamasında deyib ki, onlarda dəqiq statistika olmasa da, 40 min erməninin Ermənistandan miqrasiya etməsindən xəbərdardırlar. “Ötən ilin sentyabrından indiyə qədər Ermənistanı tərk edən Qarabağ ermənilərin sayı 40 min nəfərə çatıb. Bu Qarabağda yaşayan ermənilərin 25 faizi deməkdir”.
O, bu gedişin konkret səbəblərini bilmədiyini də deyib. Akopyan deyib ki, problem sosial və iqtisadi məsələlərlə əlaqəli deyil.