Beynəlxalq Əmək Təşkilatı “Walk Free Foundation” və Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə köləlik hesabatı hazırlayıb.
Beynəlxalq Əmək Təşkilatı “Walk Free Foundation” və Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə köləlik hesabatı hazırlayıb. Novator.az-ın məlumatına görə, hesabatda 2016-cı ilə 40 milyona yaxın insanın köləliyə məhkum olduğu açıqlanır.
Qeyd olunur ki, köləliyə məhkum 40 milyon insanın 25 milyonu məcburi əməyin, 15 milyonu isə zorakı nikah qurbanıdır.
Kölə vəziyyətinə salınan insanların çoxu qızlar və qadınlardır (29 milyon nəfər).
Sənədə əsasən, dünyada 5-17 yaşlı 152 milyon uşaq zorla işləməyə məcbur edilib. Bu hal ən çox Afrikada yayılıb.
Uşaq əməyindən əsasən kənd təsərrüfatı sahəsində istifadə olunur.