“40 İLLİK ƏZAB VƏ ƏZİYYƏTİMİZƏ SON QOYULDU”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün 255 nəfər jurnalist üçün çox sevindirici gündür. 

Bu gün 255 nəfər jurnalist üçün çox sevindirici gündür.

Xəbər verdiyimiz kimi bu gün  22 iyul Milli Mətbuat günü ilə əlaqədar olaraq ölkə prezidentinin iştirakı ilə jurnalistlərə mənzillərin açarı təqdim edildi. 

TİA.AZ onlardan bəziləri ilə bu sevinci bölüşür. 

“Cümhuriyət” qəzetinin baş redaktoru və Cebhe.info saytının baş direktoru Rafail Becanov : “Jurnalistlərə bu diqqət və qayğı Azərbaycan dövlətinin başucalığıdır. Prezident İlham Əliyevin insani, humanist təşəbbüsü, qayğısıdır. Bu gün həm də üçüncü evin də təməli qoyuldu. Digər həmkarlarımız da bina hazır olanda yenidən prezident tərəfindən hədiyyələrini – evlərini alacaqlar! Bu işdə zəhməti keçən hər kəsə böyük təşəkkür düşür. Başda cənab Əli Həsənov olmaqla Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi böyük zəhmət çəkib, ən kiçik nüanslar belə nəzərə alınıb. Bu ədalətli bölgü, diqqət və qayğının təzahürüdür. O cümlədən də özümün bu sırada olmağımı diqqət və fəlaiyyətimə verilən böyük dəyər hesab edirəm”. 

“Palitra” qəzetinin müxbiri Nigar Abdullayeva bildirdi ki, KİV nümayəndələri dövlət dəstəyini hər zaman hiss ediblər: ”Jurnalistlər davamlı olaraq dövlət başçısı tərəfindən qayğı ilə əhatə olunublar. Medianın inkişafı məqsədilə yaradılan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu tərəfindən mükafatların verilməsi, ölkə başçısı tərəfindən birdəfəlik yardımların ayrılması, KİV nümayəndələrinin müxtəlif fəxri adlara layiq görülməsi kimi tədbirlər bunun bariz nümunəsidir. Dövlət başçısının tapşırığı ilə Kütləvi İnformasiya Vasitələrinə nümayəndələrinin mənzillə təmin olunması isə mediada çalışan hər bir jurnalist üçün sözün həqiqi mənasında böyük alqışlarla qarşılandı. Artıq jurnalistlər üçün tikilən ikinci binanın açılışı oldu. Mən də jurnalist kimi dövlətimizin qayğısını hər zaman hiss etmişəm. Bir neçə il öncə ölkə başçısı tərəfindən “Tərəqqi” medalına layiq görülmüşəm. Hazırda isə mənzillə təmin olunan media nümayəndələri sırasında mənim də adım var. Mənim əməyimi qiymətləndirən cənab Prezidentimizə öz təşəkkürümü bildirirəm”. 


“Azadinform” informasiya agentliynini redaktoru Elçin Bayramlı:”Bu gün daha 254 jurnalist ailəsi ilə birlikdə bizim ailənin də həyatında ən xoşbəxt gündür: “Prezident Administrasiyasından gələn bir zəng həyatımızı büsbütün dəyişdi. Bu gün 40 illik əzablı və əziyyətli kirayə həyatına son qoyulan gündür. Bu gün, yazı hazırlayarkən mövzu ilə bərabər “axşam yenə ev sahibi zəng edəcək, nə deyəcəm, kirayə pulunu necə verəcəm” düşüncəsinin də beynimizdə dolaşdığı sonuncu gündür. Anadan olandan bu günə kimi 40 il kirayələrdə yaşayan biri kimi çox çətinliklər yaşadım, evsizlik səbəbindən 30 yaşadək ailə qura bilmədim, evləndikdən sonra da “evlənə” bilmədik, çünki evimiz yox idi. Beləliklə, iki jurnalist olaraq 12 il kirayələrdə süründük, Bakının az qala hər yerində yaşadıq, min bir zəhmətlə 2 övlad böyütdük. Bunun nə demək olduğunu ancaq uzun illər kirayədə yaşayanlar bilər. Biz 12 ildir ailə qurmağımıza baxmayaraq, biz bu gün evləndik. Bu evlənmək nəyi dəyişəcək? Hər şeyi dəyişə bilməz. Çünki ev alsaq da, almasaq da prinsiplərimiz, fəaliyyət kriteriyalarımız dəyişəsi deyildi. Dəyişənlər olacaq təbii ki. Öz evimizdə yaşayarkən kirayə verəcəyimiz pulu Vətən üçün 2 nümunəvi, sağlam övlad böyütməyə, onların yaxşı təhsil almasına sərf edə biləcəyik. Yazdığımız yazıların daha keyfiyyətli olması mümkün olacaq, informasiya müharibəsində düşmənlərimizə beynəlxalq arenada layiqli cavab vermək, başqa ölkələrin ictmaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılması üçün daha çox vaxtımız və enerjimiz olacaq. Problemlərdən azad olan beynimiz bütün enerjisini dövlətimizin maraq və mənafelərinin qorunmasına, xalqımızın maariflənməsinə sərf edəcək”. 

İlahə


<!–[if !supportLineBreakNewLine]–>