4 yaşlı uşaq bacısını bıçaqladıbackend

4 yaşlı uşaq bacısını bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bursada bir evdə baş verən hadisədə 4 yaşlı G. 11 yaşlı bacısına bıçaqla xəsarət yetirib.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki,hadisə Yenice məhəlləsi Refah küçəsində yerləşən evdə baş verib.

Hakan-Cansu K. 2 uşağını evdə qoyub bazara gedib. Uşaqlar evdə oynamağa başlayıb. Bu zaman mətbəxə gedən G. əsəbiləşdiyi üçün bıçaqla bacısına iki yerdən xəsarət yetirib.

Evə gələn ana Cansu K. qızını qan içində görəndə şoka düşüb. Ana yaralı qızını qucaqlayaraq şəxsi avtomobili ilə İnegöl Dövlət Xəstəxanasına aparıb . Xəsarət alan uşağa tibbi yardım göstərilib. O, bacısını öpərək ondan üzr istəyib.

Dəniz Pənahova