Astarada 4 yaşlı oğlan özündən bir yaş balaca qardaşını güllələyib.
Astarada 4 yaşlı oğlan özündən bir yaş balaca qardaşını güllələyib.
Astara rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Siyəkü kəndində qeydə alınıb.
Kənd sakini 4 yaşlı Elvin Zahirzadə babasına məxsus tüfəngdən ehtiyatsızlıqdan atəş açaraq, 3 yaşlı qardaşı Güloğlanı vurub.
Yaralı uşaq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.