Kahramanmaraşda ailəsi itkin düşdüyünü bildirən 4 yaşlı uşaq yaşadığı evin yanında babasına məxsus ot tayasında boğazı kəsilmiş halda tapılıb. Tribunainfo.az Haberler-ə istinadən bildirir ki, uşağın 14 yaşlı xalası oğlunun ayaqqabısında qan ləkələri və saman qalıqları aşkar edilib, əmisi oğlu saxlanılıb.
Ailəsi Elmalar rayonunda itkin düşdüyünü bildirən Sultan Akgülün tapılması üçün İl Jandarma Komandanlığı qrupları əməliyyata başlayıb.
6 saatlıq işdən sonra Jandarma Axtarış-Xilasetmə (JAK) və komando qrupları Akgülün boğazı kəsilmiş cəsədini yaşadığı evin yanında babasına məxsus ot tayasında tapıb.