4 qida ilə Hadisənin arıqlama sirri

4 qida ilə Hadisənin arıqlama sirri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur müğənni Hadisə həm şəxsi həyatı, həm də karyerası ilə ad çıxarır. Son zamanlar gözəlliyi ilə diqqət çəkən 38 yaşlı məşhur müğənni fit bədən quruluşu ilə də diqqət çəkir. İdmana və qidalanmaya xüsusi önəm verən Hadisənin gündəlik həyatının sirləri maraq mövzusuna çevrilib. Budur Hadisənin arıqlama sirri…

Arıqlama sirlərini bölüşən məşhur müğənninin gündə cəmi 2 dəfə yemək yeyərək formasını qoruduğu məlum olub.

Dietoloqun tövsiyələri istiqamətində hərəkət edən Hadisə gündə 2 dəfə yemək yeyərək özünə uyğun rejim yaradıb. Xüsusilə aralıq oruc tutma sisteminə bənzəyən bu yeməklərdə insanlar istehlak etdiklərinə diqqət yetirir və sağlam qidalanmağa diqqət yetirirlər.
Hadisə axşam saat 7-dən sonra heç nə yeməməyə diqqət edir. Bu sayədə gün ərzində qəbul etdiyi qidaları həzm etmək üçün bədəninə vaxt verir və daha yüngül bir axşam keçirir.

Hadisənin səhərlər istehlak etdiyi xüsusi qarışıq onun maddələr mübadiləsini sürətləndirir.

Quru ərik, cəfəri, yaşıl alma və darçın tərkibli bu qarışıq həzmi tənzimləyir, həmçinin qan şəkərini tarazlaşdıraraq aclıq böhranlarından qoruyur.

Hadisə həftənin yalnız bir gününü mükafat günü olaraq keçirir və bu gün ərzində istədiyi hər şeyi yeyir. Bu xüsusi gün nizam-intizamlı həyat tərzinin mükafatı kimi qəbul edilir.

Dəniz Pənahova