Məlumatlara görə, son illərdə dünyanın gündəmində olan QİÇS-in Türkiyədə də artığı bildirilib.
Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, son zamanlar Türkiyədə İİV-ə yoluxma hallarının nəzərəçarpacaq dərəcədə artması ictimaiyyətdə narahatlıq yaradıb.
Həkim assosiasiyaları və qeyri-hökumət təşkilatları İİV testinin vacibliyinə diqqət çəkirlər. Son məlumatlara görə, ölkədə İİV-ə yoluxanların sayı 4 dəfə artıb. Ümumdünya Səhiyyə Təşkilatı Türkiyəyə xəbərdarlıq edib. Hesabatlardakı təxmini məlumatlara görə, 2040-cı ilə qədər Türkiyədə HİV-ə yoluxanların sayının 2,4 milyona çatacağı gözlənilir.
Mütəxəssislər 2012-ci ildən bu yana Türkiyədə HİV-in 4 dəfə artdığını və xəstələrin 80 faizini kişilər təşkil etdiyini bildirib. Həyat yoldaşlarından və ya partnyorlarından HİV-ə yoluxmuş qadınların çoxu virusu daşıdıqlarını belə dərk etmirlər.