Susuzluqdan cadar-cadar olmuş dodaqları ilə son anlarında belə “Vətən sağ olsun” deyən, Vətəni bütöv edib ailələrini yarım qoyanlar oğullar. Onların ölümündən bir il daha ötdü. 4 il öncə bu oğulların hamısı sağ idi.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Vətən Müharibəsinin qəhrəmanlarından olan şəhid İzzət Həmidovun anası Vəfa sosial şəbəkə hesabında yazıb. Oğlunu və şəhid olan bütün qəhrəmanlarımızı yad edən Vəfa xanım bildirib ki, bütün şəhid anaları, şəhid xanımları üçün sentyabr ayı 30 illik həsrətin bitdiyi, əbədi həsrətin başladığı gündür:
“Bir tarix də özündə bu qədər acı və sevinc dolu anları ehtiva edərmi? Bu vətəndə bir sentyabr səhəri yarpaq əvəzinə qan, yağış əvəzinə göz yaşı tökdü.
Bir il daha ötdü o gündən. 4 il öncə bu gün bu oğulların hamısı sağ idi”.
Roman