Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) hökuməti ölkədə müharibə vəziyyəti elan edib.
Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) hökuməti ölkədə müharibə vəziyyəti elan edib.
TİA.AZ Rusiyanın “Pravda” qəzetinə istinadən xəbər verir ki, paytaxt Pxenyanda mülkü əhalinin təxliyə edilməsi işi başladılıb.
Şimali Koreya lideri Kim Çen İn paytaxt əhalisinin ən azı 25 faizinin təxliyə edilməsi əmrini verib.
Eyni zamanda, Şimali Koreya rəhbərliyi sürətli şəkildə müharibəyə hazırlıq işlərinə başlayıb, ordunun bütün bölmələri müharibəyə hazır vəziyyətə gətirilib. Bütün bunlara səbəb Rusiya, Çin və Şimali Koreya arasında gözlənilən müharibə ehtimalıdır.
Çin hökuməti isə Şimali Koreya ilə sərhədə 150 min nəfərlik hərbiçi toplayıb.
Həmçinin, ABŞ donanmasına məxsus hərbi gəmilər və Yaponiya dəniz donanması da Koreya yarımadasına yaxınlaşıb.
Xatırladaq ki, son illər Şimali Koreya ordusu nüvə raketləri sınaqları həyata keçirməsi ilə bağlı ABŞ və Çini təhdid edir. Nəticədə də ABŞ və Çinin hökumət rəhbərliyi Şimali Koreyaya qarşı sanksiyaların tətbiq edilməsinə qərar verib. Hətta, ötən gün ABŞ prezidenti Donald Tramp Çin prezidenti Xi Jinpingə zəng edərək, Şimali Koreyanın hərbi təhdidlərinə qarşı birgə görüş keçirilməsini təklif edib.
Onu da bildirək ki, Çində yayımlanan “Global Times” portalı Şimali Koreyanın nüvə sınaqları həyata keçirdiyi 2006-cı ildən bəri ilk dəfə bu qədər müharibəyə yaxınlaşdığını yazıb.