4 aylıq körpənin öldüyü “Real Hospital”da daha 4 ölüm olub – Klinika məmurun çıxdı…

4 aylıq körpənin öldüyü “Real Hospital”da daha 4 ölüm olub – Klinika məmurun çıxdı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

4 aylıq körpənin sünnətdən sonra öldüyü “Real Hospital”da ilk dəfə deyil ki, belə hadisə baş verir. Tribunainfo.az bildirir ki, klinikada əvvəllər də ölüm faktları qeydə alınıb. Misal üçün 2022-ci ildə sözügedən klinikada 46 yaşlı Bəxtiyar İsmayılov əməliyyatdan sonra ölüb. 2019-cu ildə isə” Real hospital”da müalicə alan Gürcüstan vətəndaşı 43 yaşlı İrakli Gurtsişuizi xəstəxanada vəfat edib. Elə həmin il adı çəkilən xəstəxanada müalicə alan, 1972-ci il təvəllüdlü Mehman Həsən oğlu Həsənov qəfildən ölüb. Eyni ildə
1960-cı il təvəllüdlü Əliyeva Gülnar Cavad qızı mədəkiçiltmə əməliyyatı etdirmək üçün “Real Hospital”a müraciət edib. O, ikinci əməliyyatdan sonra ölüb.
Qeyd edək ki,” Real Hospital” 2014-cü ildən fəaliyyət göstərir. Müəssisənin bundan əvvəl “Real” Tibb Mərkəzi adlandırılıb. 2015-ci ildə müəssiənin lisenziyası ləğv edilib. Bundan sonra “Real” Tibb Mərkəzi “Real Hospital”a çevrilib.
Mediada gedən məlumatlara görə, xəstəxana Xətai rayonun keçmiş icra başçısı Razim Məmmədova məxsusdur.

Roman