38 müəllim maksimum bal topladı (SİYAHI)

38 müəllim maksimum bal topladı (SİYAHI)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gün dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib. Belə ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin ilk gününə riyaziyyat fənnini tədris edən təhsilverənlər cəlb olunub.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi” qəzetində qeyd edilib.
Bildirilib ki, ümumilikdə bu gün keçirilən test imtahanlarında 8 580 təhsilverən iştirak edib. Prosesin ilk günündə 97% davamiyyət qeydə alınıb. Test imtahanı mərhələsi Naxçıvan şəhəri də daxil olmaqla, ölkənin 18 müxtəlif şəhəri üzrə 27 imtahan mərkəzində təşkil olunub.
Bu gün keçirilən sertifikatlaşdırma imtahanında ölkə üzrə 38 təhsilverən riyaziyyat fənni üzrə maksimum bal toplayıb. Onlardan biri rus, qalanları isə Azərbaycan bölməsi üzrə maksimum – 60 bal toplamağa müvəffəq olublar. Həmçinin riyaziyyat fənni üzrə maksimum bal toplayan müəllimlərdən 3-ü kişi, 35-i isə qadın müəllimlərdir.
Maksimum bal toplayan müəllimlərin ən yaşlısının 56, ən gəncinin isə 27 yaşları olub. Ümumilikdə həmin müəllimlərin yaş ortalaması 36.5 olub.
Riyaziyyat fənni üzrə sertifikatlaşdırmanın test imtahanı mərhələsində ən yüksək nəticə göstərən müəllimlərin rayon və şəhərlər üzrə bölgüsü isə aşağıdakı kimidir:
Şəhər/rayon Maksimum bal toplayanların sayı
Bakı 16
Abşeron 3
Sumqayıt 2
Gəncə 2
Ucar 2
Xaçmaz 2
Salyan 2
İmişli 1
Quba 1
Bərdə 1
Balakən 1
Zaqatala 1
Şəki 1
Göygöl 1
Lənkəran 1
Şərur 1

Beləliklə, riyaziyyat fənni üzrə maksimum bal toplamış təhsilverənlərin siyahısını təqdim edirik:
Ad Soyad Ata adı Bölmə Şəhər/rayon
AYGÜL XƏLİLOVA RAMİZ QIZI Azərbaycan Ucar
FƏRİDƏ MƏHƏRRƏMOVA İLQAR QIZI Azərbaycan Ucar
GÜNAY MƏMMƏDOVA ELDƏNİZ QIZI Azərbaycan İmişli
ULDUZ NAMAZOVA İBRAHİM QIZI Azərbaycan Xaçmaz
SEVDA ƏHMƏDOVA VAHAB QIZI Azərbaycan Quba
AYGÜN HƏSƏNOVA MÜBARİZ QIZI Azərbaycan Bakı
TƏRANƏ UMUDOVA CAMALXAN QIZI Azərbaycan Bakı
SƏFAYƏ MİRZƏYEVA BECAN QIZI Azərbaycan Bakı
AYŞƏN NAĞIYEVA YASİN QIZI Azərbaycan Bakı
ŞƏHRİYAR ŞİXBALAYEVA İBRAHİM QIZI Azərbaycan Bakı
VƏFA HACIYEVA MƏHƏMMƏD QIZI Azərbaycan Bakı
AYTƏN BAYRAMOVA İMAMVERDİ QIZI Azərbaycan Bərdə
ƏSMƏR KƏRİMLİ FİKRƏT QIZI Azərbaycan Abşeron
MƏTANƏT QƏHRƏMANOVA MUXTAR QIZI Azərbaycan Sumqayıt
CEYHUNƏ XUDUYEVA KAMİL QIZI Azərbaycan Abşeron
ALİYƏ FƏRZƏLİYEVA FİZULİ QIZI Azərbaycan Bakı
AİDƏ KAMİLOVA EYYUB QIZI Azərbaycan Bakı
MƏTANƏT MİRZƏLİYEVA TELMAN QIZI Azərbaycan Bakı
NƏFSƏT HAXOVA MEHDİ QIZI Azərbaycan Balakən
MURAD ŞABANOV RÜSTƏM OĞLU Azərbaycan Zaqatala
NƏZAKƏT BAĞIROVA MƏMMƏD QIZI Azərbaycan Şəki
GÜLNAR İMRANOVA ARİF QIZI Azərbaycan Gəncə
ZÜLEYXA KƏRİMOVA YADİGAR QIZI Azərbaycan Gəncə
GÜNAY ƏHMƏDOVA MEHMAN QIZI Azərbaycan Göygöl
GÜNEL ASLANLI ASLAN QIZI Azərbaycan Lənkəran
GÜLNARƏ HÜSEYNOVA HÜSEYNAĞA QIZI Azərbaycan Salyan
NİYAMƏDDİN NƏCƏFOV SAMƏDDİN OĞLU Azərbaycan Salyan
KÖNÜL HEYDƏROVA NƏSİR QIZI Azərbaycan Şərur
HÜRÜ XANPƏRİYEVA ŞAMİL QIZI Azərbaycan Bakı
YEGANƏ XƏLİLOVA NƏSİB QIZI Azərbaycan Bakı
GÜLƏR HACIYEVA ABBAS QIZI Azərbaycan Bakı
ÜLVİYYƏ ŞAHMURADOVA CƏFƏR QIZI Rus Bakı
ŞAHNAZ SARIYEVA KAZIM QIZI Azərbaycan Bakı
AYGÜN VƏLƏDOVA ETİBAR QIZI Azərbaycan Bakı
ÜLKƏR HÜSEYNOVA BƏHRAM QIZI Azərbaycan Xaçmaz
SƏYYAD CANALİYEV SALMAN OĞLU Azərbaycan Abşeron
LEYLA BABAYEVA ZAKİR QIZI Azərbaycan Sumqayıt
SAİDƏ BAYRAMOVA SEYFƏDDİN QIZI Azərbaycan Bakı
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir.
Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2022-ci il 18 avqust tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.
Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq edilib. Cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək. Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllüdür.