Elektron pop-musiqi janrında çıxış edən Almaniyanın məşhur “Schiller” qrupu 1979-cu ildən sonra ilk dəfə İranda konsert verəcək.
Elektron pop-musiqi janrında çıxış edən Almaniyanın məşhur “Schiller” qrupu 1979-cu ildən sonra ilk dəfə İranda konsert verəcək. Bu, İranda konksert proqramı ilə çıxış edəcək ilk Qərb musiqi qrupudur.
AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
““Schiller” 11-15 dekabr tarixlərində Tehranda beş konsert verəcək”, – deyə qrupun saytında bildirilib.
11-12 dekabr tarixlərində Tehranda keçiriləcək konsertdə anşlaq olacağı gözlənilir.
Qeyd edək ki, “Schiller” almaniyalı musiqiçi Kristofer fon Daylenin layihəsidir. Layihəyə Almaniya və digər ölkələrdən olan vokalçı və musiqiçilər cəlb olunur.