Belə hadisə ancaq Azərbaycanda baş verə bilər.
Belə hadisə ancaq Azərbaycanda baş verə bilər. Çünki, bizim qədər cehizə pul verən ikinci millət bəlkə də yoxdur. Ər evinə cehiz aparmaq qədim adətimiz olsa da, bəzən hədsiz israfçılıq baş bəlamıza çevrilir. Bəzi insanlar xoşbətliyi ailə münasibətlərində axtarmaqdansa, bahalı cehizdə görürlər. Ən pisi odur ki, bahalı cehiz sonrada ailə münaqişələrinə də çevrilir. Elə növbəti süjetimizdə izləyəcəyiniz şəxsin başına gələn hadisə kimi.
Evləndilər, boşanandan sonra isə cehiz üstündə dava düşdü. Hətta qız evi keçmiş kürəkənlərini cehizi mənimsəməyə görə məhkəməyə verib.
Salyan rayon sakini Əli Amalov 2011 ci ildə ailə qurduğu xalası qızı ilə bir müddət sonra aralarındakı münaqişəyə görə məhkəməyə müraciət edib. Elə bütün problemlər bundan sonra başlayıb.
Əli Amalov iddia edir ki, nikahları olan zaman hec bir cehiz əmlakına imza atmasa da, sonra böyük bir əmlak siyahısı ortaya çıxıb. Hətta siyahıda elə şeylər yazılıb ki, onların heç biri cehiz kimi onun evində olmayıb.
Sonuncu dəfə ailə məhkəmənin iclası zamanı ona 7 min500 manatlıq borc kəsib. Məsələyə Əlinin həyat yoldaşı Ülkər Cəfərovanın da mövqeyini öyrənmək üçün onunla telefon əlaqəsi saxladıq. Ülkər xanım isə keçmiş həyat yoldaşının onun mülkünü mənimsədiyini, hətta uşağa görə aliment belə vermədiyini bildirib.
Hüquqşünaslar birdiri ki, qanuni əmlak siyahısına ər imza atıbsa, indi öhdəliklərini yerinə yetirməlidir. Buna görə də ailə quranlar əmlak siyahısını imzalayarkən orda həqiqətən gətirilən cehizin real olub olmadığına diqqət yetirməlidir ki, gələcəkdə belə problemlər yaranmasın.