3450 km ayaqyalın və piyada gəzdi, dünya rekordu qırdıbackend

3450 km ayaqyalın və piyada gəzdi, dünya rekordu qırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Niderlanddan olan müharibə veteranı, 37 yaşlı Anton Notenboom 175 gün ərzində 3450 kilometr ayaqyalın gəzib və bununla da dünya rekordunu qırıb.
Tribunainfo.az bu barədə “NL Times”a istinadən xəbər verir.
Niderlandlı müharibə veteranı bazar günü günortadan sonra Amerikanın Sent-Luis ştatına çataraq, Ginnesin Rekordlar Kitabına düşüb. O, fevralın 17-də Kaliforniyadakı Santa Monika çimərliyindən başlayaraq, 175 gündə 3450 kilometrlik yolu ayaqyalın gedib.
Həmin şəxs indi adam Nyu-Yorka daha 1700 kilometr piyada getməyi planlaşdırır. Onun nümayəndəsinin sözlərinə görə, niderlandlının Tayms meydanına gəlişi noyabrın 2-də gözlənilir.

Bildirilir ki, Notenbohm çətin günlər keçirib. Son vaxtlar 35 dərəcə isti asvaltı həddən artıq qızdırıb.
Qeyd edək ki, əvvəlki rekord 3409,75 kilometr olub.