Teleseriallardakı rolları ilə tanınan amerikalı aktrisa Kelli Mak 33 yaşında vəfat edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” jurnalı məlumat yayıb.
Yaxınlarının sözlərinə görə, Mak qlioma ilə uzun sürən mübarizədən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Makın aktrisalıq karyerası 2000-ci illərdə başlayıb. O, daha çox “The Walking Dead” (2010-2022) və “Chicago Med” seriallarındakı rolları ilə tanınır. Aktrisanın ən son işi “Universal” (2025) bədii filmindəki rolu olub.