32 xoşbəxt, 4 səbət – DÇ-2018

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının iştirakçılarının tam siyahısı müəyyənləşib.

 

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının iştirakçılarının tam siyahısı müəyyənləşib.

TİA.AZ apasport.az-a istinadən xəbər verir ki, mundialda mübarizə aparacaq 32 komanda sırasına qoşulan son yığma Peru olub.

Bununla da sayca 21-ci dünya çempionatında medallar uğrunda mübarizə aparacaq bütün xoşbəxtlər dəqiqləşib.

DÇ-2018-ə Avropadan 14 komanda – Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka qatılacaq. Mindialda Cənubi Amerikanı 5 yığma –  Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru təmsil edəcəksə, KONKAKAF-dan 3 milli – Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.

Asiyanın 5 komandası – İran, Yaponiya, Cənubi Koreya və Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı turnirdə Afrika Nigeriya, Misir, Seneqal, Mərakeş, Tunislə təmsil olunacaq. Yalnız Okeaniya bu dəfə də mundialsız qalıb.

Final mərhələsinin püşkatması dekabrın 1-də Moskvada keçiriləcək. Artıq yarışın 32 komandası püşk öncəsi 4 səbətə bölünüb. Rusiya millisi meydan sahibi kimi ilk səbətdə yer alıbsa, digərləri FİFA-nın oktyabr reytinqinə əsasən sıralanıb.
 
I səbət
Rusiya
Braziliya
Almaniya
Portuqaliya
Argentina
Belçika
Polşa
Fransa
 
II səbət
İspaniya
Peru
İsveçrə
İngiltərə
Kolumbiya
Meksika
Uruqvay
Xorvatiya
 
III səbət
Danimarka
İslandiya
Kosta-Rika
İsveç
Tunis
Misir
Seneqal
İran
 
IV səbət
Serbiya
Nigeriya
Avstraliya
Yaponiya
Mərakeş
Panama
Cənubi Koreya
Səudiyyə Ərəbistanı
 
Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcək.