backend

32 kiloqram çəkisi olan 1 yaşlı uşaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəribə hadisə Türkiyənin Samsun vilayətində qeydə alınıb.  

Qəribə hadisə Türkiyənin Samsun vilayətində qeydə alınıb. 

Sədat və Sevda cütlüyünün yaş yarımlıq uşaqları normadan artıq kilo alıb.

TİA.AZ xəbər verir ki, uşağın çəkisi hazırda 32 kiloqrama çatıb. Uşağın sürətli kökəlməsindən narahat olan valideynlər onu xəstəxanaya aparıb.

Xəstəxanada uşağın leptin hormonu çatışmazlığından əziyyət çəkdiyi müəyyən olunub. Buna “toxluq hissinin olmaması” da deyilir. Hələ yaş yarımlıq olan Yağıza ciddi müalicə yazılıb. Ailənin maddi imkanı müalicə üçün istifadə olunan dərmanları almağa imkan vermir. Ailə ölkə başçısı Rəcəb Tayyib Ərdoğana məktub yazaraq kömək istəyib.

Valideynləri deyir ki, uşağın əlindən yemək yeyə bilmirlər. Uşaq süfrədə gördüyü hər şeydən yemək istəyir.

Həkimlər uşağın ciddi rejimə riaəyət etməzsə, gələcəkdə ciddi problemlərlə üzləşəcəyini bildirib.