Ermənistan parlamentinin nümayəndəsi, deputat Tiqran Abramyan yeni nağıllar danışıb. Tribunainfo.az xəbər verir ki, o, bu dəfə Azərbaycanın guya, Ermənistana məxsus 32 kəndini “işğal” etdiyini iddia edib.
Abramyan deyib ki, Tavuş-Qazax istiqamətində 4 kəndin Azərbaycana verilməsi güzəşt idi və qarşılıqlı olmalıydı. “Azərbaycanın 4 kəndinə qarşı, Ermənistanın 32 kəndinin əraziləri qaytarılmalıydı. Amma nə oldu? Yalnız Ermənistan əraziləri verdi”.
P.S. Ermənilər mütəmadi olaraq belə yalan və nağıllar danışmaqdan yorulmurlar. Azərbaycan indiyə qədər Ermənistanın bir qarış torpağını işğal etməyib. Abramyanın 32 kənd məsələsi isə utopiyadan başqa bir şey deyil.