32 ildən sonra Laçında toy oldu (FOTOLAR)

32 ildən sonra Laçında toy oldu (FOTOLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
32 ildən sonra ilk dəfə olaraq Laçın rayonun Zabux kəndində toy olub.
APA xəbər verir ki, Laçında illər sonra ilk toy Zabux kəndində olub. Zabux kənd sakinləri Nurlan Əlizadə və Gülnar Cəfərovanın toy mərasimi Zabux kəndində qeyd olunub.
Toy mərasimi kənddə qurulmuş mağarda keçirilib. Toy məclisində gənclərin ailə üzvləri, qohum-əqrabaları, kənd sakinləri ilə bərabər Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və digər rəsmi şəxslər də iştirak edib. Toy mərasimində öncə Dövlət Himni səsləndirilib, ehtiram əlaməti olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Çıxış edənlər bəylə gəlinə xeyir-dua veriblər və toy şənliyi keçirilib.
Qeyd edək ki, Zabux kəndində​ 211 ilə olmaqla 808 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələrin yeni tikilən evlərdə yaşaması üçün hər cür şərait yaradılıb.