32 il sonra Laçında ilk toy: Müğənnilər pulsuz gedib, 1000-ə yaxın qonaq olub…backend

32 il sonra Laçında ilk toy: Müğənnilər pulsuz gedib, 1000-ə yaxın qonaq olub…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Heç kəs toya qonarar qarşılığında gəlməmişdi. Toy sahibi tərəfindən orada oxuyan müğənnilərə bir manat belə qonarar verilməyib”.
Bunu Qaynarinfo-ya Əməkdar artist Ehtiram Hüseynov 32 ildən sonra Laçın şəhərində keçirilən toy məclisindən danışarkən deyib. Müğənni sözügedən toyda təmannasız oxuduğunu bildirib:
“Ola bilər ki, kimsə hansısa müğənnini dəvət edib, ona hörmət eləyib, bu ayrı məsələdir. Amma konkret toy sahibindən bir manat da almamışıq. Toyda çoxlu müğənni var idi – Elçin Cəfərov, Aşıq Sahil, Habil Əzimov və başqaları. Hamımız çox sevincli idik. 32 il eyni arzu ilə yaşamışdıq. Ay Allah Laçında toy olsun, ilk toyu mən oxuyum deyə yalvarmışdıq. Hamını arzusu həyata keçdi. Toyda nə görsəm yaxşıdır, gəlinin atası mənim sinif yoldaşım. İnanın ki, bunu orda bildim”.
Ehtiram Hüseynov toyda 1000-ə yaxın qonağın olduğunu vurğulayıb:
“Bakıdan gələn qonaqların da sayı çox idi. Toyun sorağını eşidən hər kəs Laçında idi. 32 ildən sonra Laçında toy sədaları eşidildi, yüksək səviyyədə bir məclis quruldu. Toyun kim tərəfindən təşkil edildiyini dəqiq bilmirəm, amma görünən o idi ki, dövlətin dəstəyi var. Laçında olan hökumət rəsmilər, vəzifəli şəxslərin hər biri orda idi. Elə insanlar var idi ki, heç onu toy sahibi tanımırdı, eşidib gəlmişdilər. Gözlənilənlərdən daha çox qonaq gəlmişdi”.
Qeyd edək ki, bir neçə gün öncə 32 ildən sonra ilk dəfə olaraq Laçın rayonun Zabux kəndində toy məclisi keçirilib. Zabux kənd sakinləri Nurlan Əlizadə və Gülnar Cəfərovaya xoşbəxt günləri münasibəti ilə xeyir-dua verilib.