backend

31 May Ümumdünya tütünlə mübarizə Günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1988-ci ildə Dünya Səhiyyə Təşkilatı (DST) Assambleyasının 42-ci sessiyasının 19 saylı qətnaməsi ilə 31 May Ümumdünya tütünlə mübarizə, siqaret və tütündən imtina günü elan edilib. 

1988-ci ildə Dünya Səhiyyə Təşkilatı (DST) Assambleyasının 42-ci sessiyasının 19 saylı qətnaməsi ilə 31 May Ümumdünya tütünlə mübarizə, siqaret və tütündən imtina günü elan edilib.

Bu gün tütünepidemiyasına və onun yaratdığı qarşısı alına bilən xəstəliklərə və ölümhallarına diqqəti artırmaq məqsədilə qeyd edilir. Dünyada ən çox yayılmış zərərli vərdişlərdən biri siqaret çəkməkdir. Yaratdığı fəsadlardan ölüm səbəblərinə görə bu zərərli vərdiş ikinci yerdə durur. Tütün insan orqanizminə böyük ziyanlar vurur və onunnormal fəaliyyətinə ciddi maneə törədir.

Hər il siqaretin törətdiyi xəstəliklərdən ölən insanların sayı 5 milyon nəfərə çatır. Orta hesabla dünyada hər 6 saniyədətütünçəkmə səbəbindən 1 nəfər həlak olur. Bu təhlükəli vərdiş qanda yüksək şəkərin və təzyiqin yaranmasına, erkən ölüm riskinin artmasına, artıq çəkip roblemlərinin və digər bir çox fəsadların yaranmasına gətirib çıxarır.

Orta statistik hesablamalara görə, 2030-cu ildə tütündən istifadə səbəbindən dünyasını dəyişənlərin sayı 8 mln. nəfərə çatacaq. Erkən ürək-damar xəstəliklərinin, şəkərli diabet və beyin qansızmalarının 80%-i, xərçəng xəstəliklərinin 40%-inin qarşısı bu təhlükəli vərdişdən imtina edərək, sağlam həyat tərzinə yönəlməklə alına bilər.

Statistik göstəricilərə əsasən, Azərbaycanda kişilərin 37.9% -i, qadınların isə 1% -ə qədəri sıqaret cəkir. Tütündən istifadə edənlərin 90%-i gün ərzində orta hesabla 16 və daha çox siqaret istifadə edirlər. Müşahidələrə görə, insan yaşa dolduqca onun siqaretə aludəçiliyi daha da artır. Araşdırmalar göstərir ki, siqaret ölümlə nəticələnən 3 əsas xəstəliyin inkişafına səbəb olur. Əsasən 90% civarında ağciyər xərcəngi, 75% hallarda xroniki bronxit və emfizema, 25 % hallarda ürəyin işemik xəstəliyinin yaranmasına gətirib çıxarır.

Siqaretin zərərlərinə ən çox məruz qalanlar passiv siqaret çəkənlər, xüsusilə də uşaqlardır. Dünya uşaqlarının təxminən yarısı passiv siqaret çəkməyə məruz qalırlar. Bundan əlavə, ən təhlükəli və təşviş doğurangerçəkliklərdən biri də odur ki, bu gün məktəb yaşlı və yeniyetmə uşaqla rarasında da bu ziyanlı vərdişə yoluxanların sayı sürətlə artmaqdadır. Mövcud araşdırmalar göstərir ki, bu gün tütün tüstüsü aludəçilərinin üçdə ikisi məhz yeniyetmə yaşlarından siqaret çəkməyə başlayırlar.

Siqaret fiziki sağlamlıqla yanaşı, psixoloji təsirlərə də malikdir. Siqaret çəkənlər əsəbi olurlar, nəticədə sosial tarazlığını itirir, hər xırda hala görə özündən çıxır və hisslərini cilovlaya bilmirlər. Müxtəlif ölkələrlə yanaşı, respublikamızda da bununla bağlı tədbirlər həyata keçirilir. Azərbaycan 2005-ci ildə Tütünlə mübarizə haqqında DST Çərçivə Konvensiyasına qoşulmuş, Milli Məclis bu sənədi ratifikasiya etmişdir.

Tütünlə mübarizədə Azərbaycan Respublikasının Milli Məclisidə kifayət qədər qanun layihələri işləyib hazırlamış və ictimaiyyətə təqdim etmişdir. Belə önəmli hüquqi sənədlərdən sonuncusu, Milli Məclisin 16 may2017-ci il tarixli iclasında ilk oxunuşda yekdilliklə qəbul olunan “Tütünməmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsidir.

Tütünlə mübarizədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi də DST-ün Çərçivə Konvensiyasının qarşıya qoyduğu vəzifələr istiqamətində də bir sıra mühüm tədbirlər həyata keçirmişdir.

 

İlahə