Təhsil eksperti Kamran Əsədovun bu il Cənub bölgəsində diaqnostik qiymətləndirməsində iştirak edən 300 müəllimin tədris etdiyi fəndən 0 bal alması ilə bağlı açıqlamasına Təhsil Nazirliyinin sektor müdiri cavab verib. Təhsil eksperti Kamran Əsədovun bu il Cənub bölgəsində diaqnostik qiymətləndirməsində iştirak edən 300 müəllimin tədris etdiyi fəndən 0 bal alması ilə bağlı açıqlamasına Təhsil Nazirliyinin sektor müdiri cavab verib.
Cəsarət Valehov Publika.az-a bildirib ki, rəqəmlər həqiqəti əks etdirmir.
“Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarının 7163 müəllimindən 1152 nəfəri 80 %-dən yuxarı nəticə qazanıb. Bu müəllimlər arasında 0 bal alan yoxdur”, – deyə açıqlamada vurğulanıb.
Təhsil Nazirliyinin bu fikirlərinə ekspert Kamran Əsədovun cavabı gecikməyib. O, belə deyib: “Mənim rəsmi olmayan, şəxsi münasibətlər zəminində əldə etdiyim (İnformasiya əldə etmək haqqında AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU, maddə 15,16,17,18) , Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu (maddə 1,2 və s.) və əsas da Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq əldə etdiyim məlumatların həqiqətə uyğun olmadığını bildirirlər. İlk növbədə Təhsil Nazirliyinin nümayəndəsinin təqdim etdiyi məlumatlar arasındakı uyğunsuzluğa diqqət yetirək.
Nazirliyin əmkdaşının məlumatında qeyd olunub ki, Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarının 7163 müəllimi iştirak edib. (https://www.facebook.com/casarat.valehov/posts/1346829692005240?hc_location=ufi) Halbuki, Təhsil Nazirliyinin rəsmi saytında təqdim etdiyi məlumatlar bununla üst-üstə düşmür. Böyük rəqəm ziddiyyəti var. Özlərinin təqdim etdiyi məlumatda uyğunsuzluq olduğu halda mənim tərəfimdən təqdim olunan məlumatın həqiqətə uyğun olmadığını yazırlar. (http://edu.gov.az/az/page/9/13408) və (http://dq.edu.az/articles/16/16.html) Bu linklərdə nazirliyinin əməkdaşının dediyi kimi, Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarından olan 7163 müəllimin yox, 7500 nəfərdən çox müəllimin diaqnostik imtahanda iştirak etməsi göstərilib. Əldə etdiyim məlumatda isə diaqnostik imtahanda 7426 müəllimin iştirak etməsi göstərilib. Tədqim etdiyim rəqəmlər Təhsil Nazirliyinin açıqladığı rəqəmlərə daha yaxındır.
Bundan əlavə, 7163 müəllimdən 1152 nəfərinin 80%-dən yuxarı nəticə qazandığını Nazirlyinin rəsmisi qeyd edir. Bəs yerdə qalan 6011 müəllimin nəticəsi necədir?
Müqayisə edək 2014-cü ildə Bakı şəhərində keçrilmiş imtahanla (Təhsil Nazirliyi, Hesabat 2015 jurnalı, səh 18, diaqram 1 və diaqram 2) , Bakı şəhərində 28.758 nəfər iştirak etmişdi ki, onlardan 18,2 faizi əla (80 fazidən çox), 57,6 faizi yaxşı (10-80 faiz arası), 24,2 faizi 10 faizdən aşağı nəticə göstərmişdi ki, bu da biliyin qiymətləndirilməsi qaydalarına görə 2 və ya 0 bal esab olunur.
Belə ki, ümumitəhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydalarının 5.3-cü maddəsinə görə diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil edilir (http://dq.edu.az/22/umumi_tehsil_muessiselerinde_isleyen_muellimlerin_bilik_ve_bacariqlarinin_diaqnostik_qiymetlendirilmesinin_aparilmasi_qaydalari.html).
Təhsil Nazirliyi tərəfindən təstiq olunmuş qiymətləndirmə meyarlarına görə 0-10 bal toplayan neçə alır? Əlbəttə ki, 2. Bu da 0 bal deməkdir. Qiymətləndirmənin əsasları ilə baxsaq, əlbətdə ki, bu nəticə ortaya çıxacaq. Biz şagird qiymətləndirməsi ilə müqayisə etsək görərik ki, şagirdlər müəllimlərindən çox bilir (https://eservices.tqdk.gov.az/netorta/cedvel%5Cskala.htm).
Özünün 10 fazilik savadı olmayan müəllim, şagirdə necə bilik verə bilər? Təki bizim müəllimlərin biliyi, savadı, peşəkarlığı həmişə yüksək olsun.
Təhsilin inkişafını mənim qədər istəyən yəqin ki, az olar. Əlbəttə ki, təmənnasız olaraq bunun üçün əlimdən gələni etmişəm, edirəm və edəcəm. Təəssüf ki, kimlərsə papadan artıq katolik olmaq istəyir”.