Alyaskada 300 minə yaxın insan vulkanın püskürmək üzrə olduğu üçün yüksək hazırlıq vəziyyətindədir.
Yüksək seysmik aktivlik nəticəsində vulkan silkələnməsindən sonra sakinlər yüksək hazırlıq vəziyyətindədirlər.
Tribunainfo.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Alyaskalılar aylarla artan xəbərdarlıqlardan sonra qoruyucu vasitələr toplamağa başlayıblar.
Spurr dağında son aylarda yüksək seysmik aktivlik müşahidə olunur. Alyaska Vulkan Rəsədxanası (AVO) “Spurr dağında iğtişaşlar davam edir” deyib.
Seysmik aktivlik uzun müddətdir yüksək olub və son gündə vulkanın altında kiçik, dayaz vulkanik zəlzələlər aşkar edilib.
Dəniz Pənahova