“300 min azərbaycanlı qayıdarsa…”

“300 min azərbaycanlı qayıdarsa…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“300 min azərbaycanlı Ermənistana qayıtsa Ermənistanın azərbaycanlılarla dinc yaşamasının sonu olacaq. Dərhal toqquşmalar başlayacaq və bundan sonra Azərbaycan ordusu Ermənistana daxil olacaq”. Tribunainfo.az bildirir ki, bu iddia ilə erməni politoloq Artur Xaçikyan çıxış edib.
Onun sözlərinə görə, bu şəkildə davam edərsə, azərbaycanlıların geri dönüşü qaçılmaz olacaq.
Xaçikyan hesab edir ki, Ermənistan “odla su arasında” qalıb. “Bizim regionda ABŞ, İsrail, Azərbaycan və Türkiyə İran və Rusiyaya qarşı müttəfiqdirlər və biz bu ittifaqların ortasında qalmışıq”.
O iddia edir ki, Azərbaycan yavaş-yavaş Ermənistanı məhv edəcək. “Bunu aydın görmək olur. Bakı Ermənistanı boğacaq”.