Son bir neçə ildə İsveç Krallığının azı 300 vətəndaşı İŞİD terror təşkilatının silahlılarına qoşulmaq üçün Suriya və İraqa gedib.
Son bir neçə ildə İsveç Krallığının azı 300 vətəndaşı İŞİD terror təşkilatının silahlılarına qoşulmaq üçün Suriya və İraqa gedib.
TİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Krallığın Təhlükəsizlik Polisinin baş direktoru Anders Turnberq bəyan edib. Onun sözlərinə görə, daha sonra onların yarısından çoxu vətənə qayıdıb.
Baş direktor qeyd edib ki, “İslam dövləti”nə rəğbət bəsləyən adamların sayı artır: “İsveçdə yerli gənclərin İŞİD sıralarına cəlb olunması üzrə şəbəkə fəaliyyət göstərir. Bütün bunlar ölkədə islam ekstremizminin zəifləməsindən danışmağın düzgün olmadığını göstərir”.