30 yaşlı Nəzrin Mansurovanın ölümünün əsas səbəbi nədir? (VİDEO)

30 yaşlı Nəzrin Mansurovanın ölümünün əsas səbəbi nədir? (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurovanın ölümü ilə bağlı bəzi detallar məlum olub.

Tribunainfo.az İTV-yə istinadən xəbər verir ki, ailəsinin iddiasına görə, Nəzrin əməliyyatdan sonra beyin sümüyündə yaranan çatdan ölüb:
“Əgər o çat əvvəllər olsaydı, Nəzrin çoxdan vəfat edərdi. O çat ancaq əməliyyat zamanı əmələ gələ bilər. Əlimizdə İsrailin təsdiqlədiyi rəsmi, möhürlü sənədimiz var. Orada alın sümüyündə çatın olması və qırıntıların oraya dolması açıq-aşkar qeyd olunub”, deyə mərhumun həyat yoldaşı Fərid Mansurlu bildirib.