30 manatını vermədilər deyə 2700 manatlıq aparatı oğurladı

30 manatını vermədilər deyə 2700 manatlıq aparatı oğurladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avtotəmir sexindən dəyəri ümumilikdə 2700 manat olan iki ədəd cilalama aparatı oğurlamaqda ittiham olunan şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Musavat.com xəbər verir ki, Nəsimi rayonu, Ruhulla Axundov küçəsində yerləşən “Royce Detailing” adlı avtomobil təmiri sexindən oğurluq olub. Oğurluq etməkdə təqsirləndirilən şəxs həmin sexdən 30 manatını ala bilmədiyi üçün bu əməli törədib.

Oğurluq etməkdə təqsirləndirilən 34 yaşlı Aleksandr avtomobillərə vinil çəkməklə məşğul olur. O, növbəti sifariş əsasında Xəqaniyə məxsus sexə gedib. Razılığa əsasən Xəqani gördüyün işin qarşılığında Aleksandra 50 manat ödəməli imiş. Lakin 20 manat ödəyərək qalan məbləği kartına göndərəcəyini deyib. Bir gün keçəsə də Xəqani ona pulu ödməyib.

Yenidən sexə gələn Aleksandr pulunu tələb edib. Amma bu dəfə də pulunu ala bilməyib. Sexdə heç kimin olmadığını görüb və oradan iki cilalama aparatını götürərək gedib. 2700 manat dəyəri olan iki aparatı 300 manata satıb.

Aleksandr deyib ki, həmin pulla mağazalardan birinə olan 300 manat kredit borcunu ödəyib.

Əməlindən peşman olduğunu deyən Aleksandr zərəri ödədiyini, barəsində yüngül cəza verilməsini xahiş edib.

Zərərçəkmiş şəxs də Aleksandrdan şikayətçi olmadığını, zərərin ödənildiyini deyib.

Məhkəmənin hökmü ilə Aleksandr barəsində 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.