30 ildir icra başçısı olan məmur kimdir? – FOTO

30 ildir icra başçısı olan məmur kimdir? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın ən stajlı icra başçılarından biri də Novruz Novruzovdur. Hazırda Siyəzənə rəhbərlik edən Novruz müəllim bu il sentyabr ayının 19-da icra başçısı işləməyinin 30 illiyini qeyd edib.

Tribunainfo.az bildirir ki, metbuat.az-ın məlumatına görə, Novruz Novruzov 2 may 1954-cü ildə Lerik rayonunda anadan olub. Ali təhsilli müəllimdir.

Novruzovun icra strukturları ilə tanışlığı 30 il əvvələ təsadüf edir. O, mərhum Prezident Heydər Əliyevin Sərəncamı ilə 19 sentyabr 1995-ci ildə anadan olduğu rayonun rəhbəri təyin olunub.

Novruzov doğma Lerikdə 6 il çalışdıqdan sonra Goranboy rayon icra hakimiyyətinin başçısı təyin olunub. Novruz Novruzov ömrünün 5 ilini Goranboyda keçirib.

Hazırda ömrünün 71-ci payızını yaşayan Novruz müəllimin Goranboydan sonrakı “dayanacagı” Şabran rayonu olub. Novruzov Şabrana nə az, nə çox, düz 12 il rəhbərlik edib.

71 yaşlı Novruz müəllim 2019-cu il aprel ayının 5-dən Siyəzənə rəhbərlik edir.
Novruz Novruzov mətbuatla əməkdaslığa həvəssiz yanaşan məmurlardandır. Gözdən-könüldən uzaq qalmağa çalışdığı üçün internet resurslarında onun haqqında çox az məlumat var. Bu məlumatlar əsasən rəsmi məzmun daşıyır.

Yaşının irəliləməsi ilə əlaqədar olaraq Novruzovun karyerasının son aylarını yaşadığını düşünənlər çoxdur. Amma əsas olan hakimiyyətin onun haqqında nə düşündüyüdür. Bunu isə zaman göstərəcək…

Fotoda: Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov