13 YAŞLI QIZIN 40 YAŞLI KİŞİYƏ QAÇMASI FAKTLARI O QƏDƏR VAR Kİ… – HÜQUQ MÜDAFİƏÇİSİbackend

13 YAŞLI QIZIN 40 YAŞLI KİŞİYƏ QAÇMASI FAKTLARI O QƏDƏR VAR Kİ… – HÜQUQ MÜDAFİƏÇİSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

13 yaşlı bir qızın 40 yaşlı kişiyə qaçması dəhşətli hadisədir. Bizim bu kimi hadisələrdən ancaq məsələ ictimailəşəndən sonra xəbərimiz olur. Nə qədər ictimailəşməyən belə faktlar var ki, ört-basdır edilir.

Bu sözləri Tribunainfo.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə 13 yaşlı məktəblinin 40 yaşlı ailəli kişiyə qaçması faktı ilə bağlı danışarkən deyib. K.Ağazadə bildirib ki, bu cür azyaşlı qızların qoşulub qaçması tez ərə getmək istəyi ilə bağlı deyil:

“Bu cinsəl münasibətə can atmaqdan qaynaqlanan haldır. Evlərdə adətən qızlara yığılan cehizlər, ərə getmək, nə bilim, uşağın olması kimi söhbətlər açıq formada danışılır. Cəmiyyət olaraq biz azyaşlını daha çox qınayırıq ki, 13 yaşlı qız evdən qaçır qaçır. Ancaq bu yaşda qızları yoldan çıxaranları qınasaq, konkret addımlar atıb cəzalandırsaq, az da olsa növbəti belə halların qarşısına keçə bilərik.

Bu cür uşaqlarda reabilitasiya çox önəmlidir. Danışıq aparılmalıdır, söhbət aparılmalıdır o azyaşlı ilə. Bu yaxınlarda bizim sığınacağa bir qız yerləşdirildi. Erkən yaşında ailə qurub, ailəsinin razılığı olmasa da, evlənib. İndi şiddət gördüyü üçün bizə sığınıb, ailə də qəbul etmir. O bildirir ki, ailəm zamanında mənə gərək şiddət göstərərdi, döyüb bunun qarşısını alardı. Ancaq bizdə necədir? Artıq gedib, adı çıxıb, kim alacaq? Bu gün uşaqla valideyn cinsəl münasibət barədə danışmaqdan çəkinir. Ən ciddi problemlər də buradan qaynaqlanır. Valideynlər uşaqların müəyyən yaşına çatdığını başa düşməli, nəzərə almalı, söhbət aparmalıdır. Hər ana uşağının dilini builməli, ona əsasən də danışmalıdır. Bu həm azyaşlıya keçdiyi çətin dönəmdə kömək etmiş olacaq, həm də valideyn böyük bir problemin qarşısına keçmiş olacaq”