backend

3 valideynli uşaqların doğulmasına İCAZƏ VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki ana və bir atası olan uşaqların dünyaya gətirilməsinə rəsmi icazə verilib. 

İki ana və bir atası olan uşaqların dünyaya gətirilməsinə rəsmi icazə verilib.

TİA.AZ xəbər verir ki, İngiltərədə bir qrup həkim tərəfindən uzun illərdir araşdırılan bu yenilik nəticəsində növbəti il ilk uşaq dünyaya gələcək.

Məqsəd genetik xəstəliklərin dünyaya gələcək uşaqlara ötürülməsinin qarşısını almaqdır.

Böyük Britaniyanın müstəqil fəaliyyət göstərən və doğumla əlaqədar qaydalar təyin edən komissiyası “iki ana və bir atadan” süni mayalanma ilə uşaq doğulmasını təsdiqləyib. 3 valideynli ilk uşağın 2017-ci ilin sonunda dünyaya gələcəyi gözlənilir.

Müalicə edilməyən bəzi xəstəliklər səbəbindən ailələrin bir neçə övladını itirməsi bu yeniliyin reallığa çevirilməsinə səbəb olub. Araşdırmalar göstərib ki, genetik xəstəliklər əsasən anadan övlada keçir. Buna görə də kəşf edilən yeniliyin bu məqamda işə düşməsinə ehtiyac yaranır. İkinci qadından alınan yumurta ilə ananın yumurtası və atanın spermi birləşdirilir. Yəni ananın xəstə mitoxondriləri ikinci qadının sağlam mitoxondriləri ilə əvəzlənir. 3 nəfərdən sağlam uşaq dünyaya gəlir.

Ancaq bu qərara qarşı çıxanlar da az deyil.

Bu etirazlar nəzərə alınaraq 3 valideynli uşağın dünyaya gətirilməsinə yalnız cütlüklərə uyğun, yəni fərdi yanaşma əsasında icazə veriləcək. Təxminən hər il 25 cütlüyə bu mənada köməklik edilməsi planlaşdırılır. İngiltərə Səhiyyə qurumu da 3 valideyndən dünyaya gələcək uşaqlar üçün xərcləri qarşılayacağını da bəyan edib.

Araşdırmalar göstərir ki, mitoxondrilərial xəstəliklər səbəbindən hər 4300 uşaqdan biri əzələ zəifliyi, görmə qüsuru, diabet, ürək və ciyər çatışmazlığı kimi xəstəliklərlər doğulur.