Böyük Britaniya sakini Laura Yanq ərini mebel yığımı üçün kirayə verməklə pul qazanır.
Bu barədə “Daily Mirror” yazır.
Belə ki, 3 uşaq anası bu fikrə mebel yığmaqla pul qazanan kişinin podkastını dinlədikdən sonra düşüb. Qadın əlindən hər bir iş gələn 41 yaşlı həyat yoldaşı Ceymsı ehtiyac olan ailələrə kirayə vermək qərarına gəlib.
Ceyms istənilən mebeli rahatlıqla yığır, boya və dekor işlərinin də öhdəsindən məharətlə gəlir.Onunla danışdıqdan sonra Yanq “Məharətli ərimi kirayə götür” adlı sayt yaradaraq sosial şəbəkədə elan yerləşdirib.
Müraciət edənlərin sayı Lauranı heyrətə gətirib. İnsanlar çoxdan belə bir xidmətin olmasını arzuladıqlarını bildiriblər. Onların sözlərinə görə, ustalar adətən xırda işləri ya boyunlarına götrmürlər, ya da bunun üçün baha “qiymət oxuyurlar”.
Qeyd edək ki, Ceyms xanımına autik spektr pozğunluğu ilə doğulan 2 uşağa baxmaqda yardım etmək üçün bir neçə il öncə işindən çıxıb. Hazırda o, avtomexanika sahəsini öyrənmək üçün kollecə qayıtmağı və boş vaxtlarında qeyd olunan yolla pul qazanmağı düşünür.