Azərbaycan Mərkəzi Bankı (AMB) 1 hüquqi şəxsə və 2 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasını ləğv edib.
Bu barədə Tribunainfo.az-a AMB-dən bildirilib.
Məlumata görə, bu qərar avqustun 29-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, könüllü müraciətlər əsasında qəbul edilib.