“Qarabağ”ın futbolçusu Kevin Medina ötən gün Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda Rumıniyanın FCSB klubuna 2:3 hesablı məğlubiyyətdən danışıb.
Tribunainfo.az xəbər verir ki, o, “CBC Sport”a müsahibəsində rəqibin 3 səhvdən yararlandığını bildirib:
“Səbəbləri bilmirəm, yaxşı oyun göstərdik. 3 səhvə yol verdik və bu da məğlubiyyətə gətirib çıxardı. Məşqlərdə standart vəziyyətlər üzərində işləmişdik. Futboldur, irəliyə baxmaq lazımdır”.