3 nəfərin öldüyü yanğına görə həbs olunan klinika direktorunun vergi borcu üzə çıxdı (FOTO)

3 nəfərin öldüyü yanğına görə həbs olunan klinika direktorunun vergi borcu üzə çıxdı (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Yasamaldakı çoxmərtəbəli binada baş vermis yanğınla bağlı “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayev həbs olunub.

Teleqraf Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən Bəhruz Paşayevin fotosunu əldə edib.

Qeyd edək ki, Bəhruz Paşayevin rəhbəri olduğu “TAXES GROUP” MMC dövlət qeydiyyatına 2018-ci ildə alınıb. Şirkətin hazırda 6436.04 AZN vergi borcu da mövcuddur. “Loft Dent” klinikası isə sözügedən obyektdə 2023-cü ildə fəaliyyətə başlayıb.

Xatırladaq ki, istintaqla, hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş “TAXES GROUP” MMC-in (Loft Klinika) qanuni təmsilçisi – direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları pozub ehtiyatsızlıqdan 3 şəxsin ölümünə, habelə digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.