3 nəfər ayaqyoluna düşmüş telefonu çıxarmaq istəyərkən ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanın Nəmənqan vilayətinin Yangikurqan rayonunun 3 sakini həyət evinin ayaqyoluna düşmüş mobil telefonu çıxarmaq istəyərkən həlak olub. 

Özbəkistanın Nəmənqan vilayətinin Yangikurqan rayonunun 3 sakini həyət evinin ayaqyoluna düşmüş mobil telefonu çıxarmaq istəyərkən həlak olub.

Virtualaz.org RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, telefonu ayaqyolundakı çalaya düşmüş qadın iki tanışından xahiş edib ki, onu çıxarmağa kömək etsinlər. Çalaya düşən kişilər huşlarını itirərək bir daha oradan çıxa bilməyiblər. Köməyə gəlmiş həkim də üfunət qoxusundan huşunu itirib və çalaya düşüb.

Çalaya əvvəlcə düşmüş iki kişi hadisə yerində, həkim isə təcili yardım maşınında dünyalarını dəyişiblər.