3 milyonluq şirkətin rəhbəri ilə dövlət qurumu arasında cərimə qalmaqalıbackend

3 milyonluq şirkətin rəhbəri ilə dövlət qurumu arasında cərimə qalmaqalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Universal Properties Group” MMC-nin rəhbəri Ruslan Mikayılov cərimələnib.

Qaynarinfo xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti şirkət rəhbərinə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazıb.

192.1-ci maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır.Maddədə inzibati cəza növü kimi fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 min manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Ruslan Mikayılov dövlət qurumunun qərarında məhkəməyə şikayət verib. Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq.

“Universal Properties Group” MMC 2022-ci ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 3 153 983 manatdır.