3 həmcinsin evlənməsinə icazə verildi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyada 3 eynicinslinin evlənməsinə qanuni şəkildə icazə verilib. 

Kolumbiyada 3 eynicinslinin evlənməsinə qanuni şəkildə icazə verilib.


TİA.AZ xəbər verir ki, Aleksandro Rodrigez, Manuel Bermudez və Viktor Hüqo Prada adlı 3 oğlan Medellin şəhərində notariatın təsdiqi ilə rəsmi nikaha daxil olublar.

“Özəl yaşantımızı hər kəsə bildirmək istədik. Bunu gizləməyimiz üçün bir səbəb yoxdur. İnsanların fərqli eşq və ailə anlayışları olduğunu anlamaqlarına yardım etmək istəyirik” – 23 yaşlı Prada deyib.

O bildirib ki, eyni evdə yaşayan üç dost deyillər, üçlü ailədirlər:

“Bundan öncə də ailə idik. Sənədlər bu ailəni rəsmiləşdirmiş oldu”.

Üçlüyün sənədlərini hazırlayan vəkil German Rinkon Perfetti bildirib ki, Kolumbiya qanunlarına görə, evlilik yalnız iki insan arasında qanuniləşə bilər. Buna görə də özəl olaraq “şəxsi miras ortaqlığı” formasında yeni bir termin yaradıb. 

Sənəddə üçlüyün ailə və hər birinin digərinin qanuni həyat yoldaşı olması ifadələri də yer alıb.