3 gün dağıntı altında qalan gənc bu sözləri divara yazdı… 64 saat sonra işığı gördü (VİDEO)

3 gün dağıntı altında qalan gənc bu sözləri divara yazdı… 64 saat sonra işığı gördü (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Antalya Böyükşəhər Bələdiyyəsi Axtarış-Xilasetmə qrupları tərəfindən Kahramanmaraşın Bahçelievler rayonundakı Selin Mənzilində axtarışda olan 24 yaşlı Doğan Akkök zəlzələdən 64 saat keçdikdən sonra sağ-salamat xilas edilib. 

Tribunainfo.az bu barədə “Hurriyyet”ə istinadla xəbər verir. Gəncin əlindən möhkəm tutan xilasedicilər Akkökün huşunu itirməməsi üçün onunla bir müddət söhbət edib.Uzun səylər nəticəsində xilasedicilər Doğana çata bilib. 3 gündən sonra ilk dəfə işığı gördüyünü bildirən Doğan dağıntılar altından çıxarılaraq təcili yardımla xəstəxanaya göndərilib.

Onun dağıntı altında olarkən divara yazdığı söz diqqəti çəkib:
“Ümidini itirmə”.